"İzmir" mağazasının sahibinin oğlu özünü 9-cu mərtəbədən atdı
Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.
APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Təbriz küçəsi 58-66 ünvanında qeydə alınıb.
Əslən türk olan 15 yaşlı Məhəmməd Kalkan özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Yeniyetmə hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, intihar edən şəxsin yaşadığı binanın altında yerləşən "İzmir" mağazasının sahibinin oğlu olduğu deyilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
İntihar edən şəxs əvvəlcə binanın altındakı Mercedes markalı avtomobilin üzərinə düşüb. Zərbə nəticəsində maşının arxa hissəsi əzilib.
Baş vermiş hadisə ilə əlaqədar yolda sıxlıq müşahidə edilib.
Faktla bağlı araşdırma aparılır.
Elşən Yəhyayev
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış etdi
Bakıdakı tozlu havanın səbəbi nədir? – HAVA ŞƏRAİTİ KƏSKİN DƏYİŞDİ!
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib