İtkin düşən şəxslərin DNT profilləri çıxarılır
“Bu günə qədər 3079 itkin ailəsindən 99 544 bioloji nümunə toplanıb”.
Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O qeyd edib ki, bioloji nümunələrin toplanması respublikamızın bütün rayonlarını tam əhatə edib:
Sitat:
“Təəssüf ki, pandemiya ilə əlaqədar olaraq bu iş bir müddət dayanmışdı. İtkinlərin axtarışı ilə bağlı vətəndaşların çoxsaylı müraciəti nəzərə alınaraq, Dövlət Komissiyasının sədri cənab Əli Nağıyevin ötən il verdiyi tapşırığa əsasən, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə bu işin davam etdirilməsinə qərar verildi. Hazırda bu iş qərb rayonlarında davam etdirilir. Plana uyğun olaraq, prosesin cari ilin payızına kimi başa çatdırılması nəzərdə tutulur. Bu günə olan məlumata görə, 3079 itkin ailəsindən 99 544 bioloji nümunə toplanıb. Cari il ərzində təxminən 2696 bioloji nümunənin götürülməsi nəzərdə tutulur”. Sitatın sonu
İsmayıl Axundov onu da söyləyib ki, DNT profillərinin çıxarılması üçün ilkin olaraq 82 itkin ailəsindən götürülmüş 220 bioloji nümunə DİN Kriminalist Tədqiqatlar İdarəsinin laboratoriyasına təhvil verilib. 220 bioloji nümunənin hər biridən 100 % nəticə əldə edilib.
OXŞAR XƏBƏRLƏR
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
“Halal iqtisadiyyat və İslam maliyyəsi: yeni imkanlar” – MÜSAHİBƏ
IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib