İtkin düşən oğul 30 il sonra tabutda doğma kəndinə qayıtdı
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Vüqar Həsənovun 30 il sonra Xocavənddə tapılan qalıqları Sabirabadda dəfn olunub. Şəhid Vüqar Həsənovun qalıqları doğulduğu Sabirabad rayonunda, Muğangəncəli kənd qəbiristanlığında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycan bayrağını şəhidin atasına təqdim edilib. Qeyd edək ki, Vüqar Həsənov 1973-cü il aprelin 21-də Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. Əvvəlcə Qazaxıstanda həqiqi hərbi xidmətdə olub. Sonra Vətənə dönərək könüllü cəbhəyə yollanıb. Laçının Hoçaz yüksəkliyi uğrunda döyüşlərdə iştirak edib. Fizuli rayonunun Üçtəpə yüksəkliyində gedən döyüşdə şəhid olub. Şəhid Vüqar Həsənovun nəşinin qalıqları bir qədər əvvəl Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.
Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"