İtən turistin atasının da başına İŞ GƏLDİ - Zaqataladan TƏCİLİ
Zaqatalada itkin düşən hindistanlı turistin atasının başına iş gəlib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, ötən gün oğlunun axtarışlarına qoşulan Purna Chandra Rao Kondaveeti dağdan enərkən leysana düşüb. Nəticədə çaya yıxılan Chandra Rao Kondaveetinin ayaqqabılarını sel aparıb. Axtarış qrupunun üzvləri çətinliklə də olsa onu sağ-salamat qaldığı otelə çatdırıblar.
Onu da qeyd edək ki, ötən gün aparılan axtarışlar da heç bir nəticə verməyib.
Xatırladaq ki, ötən gün axşam saatlarında Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb, qasırğa və güclü küləklə müşayiət olunan leysan yağıb.
Qeyd edək ki, Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathi mayın 12-də Zaqatala rayonunda otellərdən birindən dağa getmək adı çıxıb və geri qayıtmayıb.
O yoxa çıxandan dərhal sonra atası və qardaşı Zaqatalaya gəliblər.
Ailəsi onu tapan şəxsə böyük məbləğdə pul mükafatı vəd edib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi