İsveçrə parlamenti Ukraynaya silah tədarükünü blokladı
İsveçrə parlamentinin aşağı palatası “Hərbi materiallar haqqında” qanuna düzəlişləri dəstəkləməyib. Bu təşəbbüs Ukraynaya İsveçrə istehsalı olan silahların tədarükünə imkan verəcəkdi. Bu barədə İsveçrə parlamenti məlumat yayıb. Məlumata görə, parlamentdə səsvermə İsveçrə Prezidenti Alen Berset və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Moldovada keçirilən görüş saatlarına təsadüf edib. “98 deputat silahların təkrar ixracının qarşısının alınmasına səs verib. Deputatlar düzəlişlərin neytrallığı pozduğunu, ona görə də rədd etdiklərini bildiriblər”, - məlumatda deyilir. Qeyd olunur ki, İsveçrə parlamenti silahların ötürülməsinin başqa variantlarını açıqlayıb və müzakirənin davam etdiyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
18:44
386
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
303
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
502
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
20:35
1066
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
1104
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
978