İstefa verən Ramiz Mehdiyev AMEA-dan belə ayrıldı
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi Yığıncağı keçirilib.
APA TV xəbər verir ki, jurnalistlər Ümumi yığıncağa buraxılmayıb.
Təxminən 30 dəqiqə sürən yığıncaqdan sonra akademik Nizami Cəfərov jurnalistlərə açıqlamasında növbəti seçkilərin axın vaxtlarda keçiriləcəyini deyib: “AMEA-nın prezidenti Ramiz Mehdiyev fevralın 14-də istefa verib. Fevralın 19-da akademiyanın Ümumi Yığıncağı keçirilDİ. Toplantıda AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub. Səs çoxluğu ilə istefa ərizəsi qəbul olundu. Əsas AMEA-nın bundan sonra qalıb fəaliyyətini davam etdirməsidir. İnanıram ki, davam edəcək”.
Jurnalistlərin nizamnaməsinə əsasən, Ümumi yığıncağın bu il aprel ayının sonunda keçiriləcəkmi –sualına akademik bununla bağlı heç bir məlumatı olmadığını deyib.
Sevinc Vaqifqızı
Xəyal İsgəndərov
APA TV
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı