İsrailin ən böyük aeroportundan uçuşlar dayandırıldı
İsrailin ən böyük hava limanı olan Ben Qurionda işçilər ölkədəki məhkəmə islahatlarına etiraz olaraq uçuşları dayandırıblar.
Ben Qurion yalnız hava limanına yola düşmüş uçuşları qəbul edəcək. Tətilin başladığını İsraildə hava limanları işçilərinin həmkarlar ittifaqının rəhbəri Pinças İdan elan edib. Bu barədə “The Times of Israel” məlumat yayıb.
2022-ci ilin dekabrında Netanyahunun baş nazirliyə qayıtmasından sonra onun hökuməti hüquq sistemi də daxil olmaqla, bir sıra islahatları elan edib.
İslahata əsasən, Ali Məhkəmənin hakimlərinin seçiminə nəzarət parlament çoxluğuna veriləcək və Ali Məhkəməyə hökumətin qərarlarını ləğv etmək də qadağan olunacaq.
Nəticədə ölkədə kütləvi etirazlar başlayıb. Benyamin Netanyahu islahatı dayandırmaqdan imtina edib. O, həmçinin islahatdan əl çəkməyə çağırışından sonra Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalantı işdən çıxarıb. Bundan sonra ölkədə aksiyalar bərpa olunub.
Etirazlar fonunda İsrail prezidenti Yitzhak Hersoq islahatın ləğv edilməsini istəyib.
Tətili hava limanı işçilərinin həmkarlar ittifaqı ilə yanaşı, həkimlərin həmkarlar ittifaqı və İsrail universitetlərinin rektorları da elan edib.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib