İsrail "Dəmir Şüa" döyüş lazerini istifadəyə verir
İsrail "Rafael" şirkətinə məxsus döyüş lazerini 2025-ci ilə qədər istifadəyə verməyi planlaşdırır.
Bu barədə Avstraliyanın hərbi jurnalı ADM İsrailin müdafiə şirkətinin nümayəndəsinə istinadən məlumat yayıb.Qeyd olunur ki, döyüş lazerinin köməyi ilə İsrail ordusu raketləri, pilotsuz təyyarələri və minaatan mərmilərini vura biləcək.
"2025-ci ildə biz ilk sistemi İsraildə yerləşdirməyi planlaşdırırıq. Bu, ola bilsin ki, dünyanın ilk operativ yüksək enerjili lazer sistemi olacaq", - konsernin yönləndirilmiş enerji silahları üzrə biznesin inkişafı üzrə direktoru Eli Drori bildirib.
Qeyd olunur ki, lazeri yerləşdirmək üçün İsrail bir sıra texniki və konseptual məsələləri həll etməlidir.
"Biz istehlakçı ilə razılığa gəldik ki, reaktiv təyyarələri uzaq məsafədən vura bilən lazer istehsal etməyə çalışmayacağıq",- Drori deyib.
Qeyd edək ki, İsrailin "Dəmir Şüa" adlanan raketdən müdafiə lazeri təxminən bir il əvvəl sınaqdan keçirilib. Hər bir quraşdırma iki lazerli bir elementdən və soyuducu ilə batareyadan ibarətdir.
Xatırladaq ki, məlumatı azvizion.az saytı yayıb.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib