İsmayıllıda qəsdən yanğın törədən şəxs saxlanıldı
19 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qaraqaya kənd sakini Abbasov İsa Mürsəl oğluna məxsus bağ sahəsində və ətraf ərazilərdə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə APA TV-yə FHN-dən məlumat verilib. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb və yaxınlıqdakı meşə yanğından mühafizə olunub. Yanğın nəticəsində 3 hektardan artıq ərazi yanıb. Hadisə ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş operativ tədbirlərlə yanğın hadisəsinin 1951-ci il təvəllüdlü Abbasov İsa Mürsəl oğlu tərəfindən törədildiyi aşkar edilib və vətəndaş törətdiyi əməli etiraf edib. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."