İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb, 18 nəfər cərimələnib
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisində çay evlərinin birində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi aşkar edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, həmin çay evində sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulduğu da müəyyən edilib.
Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi İmran Ömərov və 17 nəfər müştəri barəsində cərimə protokolları tərtib olunub, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
OXŞAR XƏBƏRLƏR
19:45
629
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
640
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1129
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
911
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
879
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
917