İsmayıllıda avtomobil ağaca çırpılıb, sürücü ölüb
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında İsmayıllı-Qəbələ yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İsmayıllı rayonu Cülyan kənd sakini, 1991-ci il təvəllüdlü Qafarov Qəşəm Firudin oğlu "Mersedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Qəşəm Qafarov dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:45
408
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
420
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
964
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
885
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
854
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
899