İşlə təmin edəcəyinə inandırıb vətəndaşların pullarını ələ keçirdi
Şirvanda dələduzluq edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Nəsibə Mahmudova saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, N.Mahmudova şəhər sakini olan altı vətəndaşın etibarından istifadə edərək, onları işlə təmin edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 13200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, N.Mahmudova barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər N.Mahmudovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib