İslamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları Şuşada – APA TV
Bakıda keçirilən islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları Şuşa şəhərinə səfər ediblər. Səfərdə 32 ölkədən 130-a yaxın ekspert, beyin mərkəzləri direktorları, din xadimləri, icma rəhbərləri iştirak edib. Qonaqlar ilk olaraq Şuşa şəhərinin mərkəzi meydanında yerləşən Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Məscid haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, işğal zamanı ölkə əhəmiyyətli tarix-mədəniyyət abidənin interyerləri və minarələrinin minbər hissələri dağıdılıb, binanın fasadına ciddi ziyan vurulub. 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Şuşa şəhərinin azad edilməsi ilə məsciddə də bərpa işlərinə başlanıb. 2023-cü ildə məscidin əsaslı bərpa işləri başa çatdıqdan sonra istifadəyə verilib. Daha sonra qonaqlar Şuşanın digər tarixi mədəni abidələri ziyrət edib, şəhərdə törədilmiş vandalizim aktları ilə tanış olublar. İslamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransın iştirakçılarının Şuşada Yuxarı Gövhər Ağa məscidi ilə başlayan səfəri məşhur Cıdır düzünün ziyarəti ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"