İrəvanda səhiyyə işçiləri kütləvi etiraz aksiyası keçirdi
Ermənistanın paytaxtı İrəvanda təcili tibbi sürücüləri aksiya keçirib.
APA TV xarici mediaya istinadən xəbər verir ki, aksiya iştirakçıları maaşların azlığından şikayət edirlər. Onlar yerli mediaya açıqlamalarında bildiriblər ki, maaşlar artana qədər aksiyaları davam etdirəcəklər.
Sürücü Serjik Qasparyanın sözlərinə görə, işlər əvvəlkində 3 dəfə artıb, amma maaş əvvəlki kimi qalıb:
“Sürücülər üç gündən bir, növbəli işləyirlər. Təxminən 24 dollar verilir ki, bu da ayda təxminən 210 dollar edir. Standartlara görə, hər sürücü 17 zəngə qədər xidmət etməli idisə, indi bu zəngin sayı 30-a çatıb” – deyə o qeyd edib.
Sürücülər bildiriblər ki, həddindən artıq iş ucbatından onların ikinci işə getməyə imkanı yoxdur və belə maaşla ailəni dolandırmaq çətinləşib.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib