İranın Neft Nazirliyi ilə Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov və İran İslam Respublikasının neft naziri Cavad Övci arasında görüş keçirilib.
APA TV xəbər verir ki, görüşdə vurğulanıb ki, ölkələrimiz arasında iqtisadi tərəfdaşlıq inkişaf edir, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayı artır, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr icra olunur.
Həmçinin tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıb, bir sıra sahələrdə, o cümlədən neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Sonda “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İran İslam Respublikasının Neft Nazirliyi arasında təbii qaz sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi