İranın Azərbaycanla sərhədindəki təlimdə FACİƏ: Ölənlər var
İran ordusunun Azərbaycanla sərhəddə, Araz sahilində keçirdiyi hərbi təlim zamanı faciə baş verib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, İranın Araz ətrafına daşıdığı hərbi texnika qəzaya düşüb.
Belə ki, Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi yük maşını yoldan çıxıb.
Yük maşını yoldan çıxdığı üçün əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.
Güney Azərbaycandan olan fəallar son 4 gündə SEPAH-a məxsus texnikanın daha bir neçə nəfərin ölümünə səbəb olduğunu bildirib.
Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR
17:47
1534
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1406
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1409
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
952
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
910
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
929