İrandan Biləsuvara güclü sel gəldi: Sakinlər təxliyə edildi
Gecə saatlarından Biləsuvar rayonu ərazisinə İranla sərhəddən keçən Bolqarçaya sel gəlib. Güclü sel suları sərhədyanı kəndlərdə təhlükəli vəziyyət yaratdığı üçün, rayonun Yuxarı Ağalı, Muğan kənd və Amankənd kənd sakinləri təxliyə olunub.
Biləsuvar və Cəlilabad rayonlarında ağır texnikalar hazır vəziyyətə gətirilib. Cəlilabad - Biləsuvar yolu boyunca arxlar, kanalların yanına texnikalar və canlı qüvvə cəlb olunub. Əraziyə FHN-in Muğan regional mərkəzin əməkdaşları, eləcə də FHN Muğan və Lənkəran hərbi hissələrinin əsgərləri cəlb olunub. Kəndlərə giriş - çıxışlar nəzarətə götürülüb. Sel təhlükəsinin tam qarşısını almaq üçün İranla sərhəddə ağır texnikalar işləyir. Görülən tədbirlər nəticəsində Bolqarçayda sel təhlükəsi qismən səngiyib.
Artıq 3 kənddən təxliyə olunan sakinlər evlərinə geri qaytarılıb.
Qeyd edək ki, Bolqarçayın daşması nəticəsində arıçılıq təsərrüfatlarına ziyan dəyib.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Biləsuvar
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər