İranda Azərbaycan vətəndaşı həbs edildi
Molla rejimi Azərbaycan vətəndaşını həbs edib.
“Mouze“ teleqram kanalının məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərli Jena şəhərinə praktikaya gələn bir iranlı həkim dostu ilə Tehrana səyahət edib. Həmin gənc 3 gün öncə tələbə yoldaşlarına yazıb ki, kartım İranda işləmir, mənə bilet alın. Tələbə yoldaşları ona Tehran-İstanbul-Berlin reysi ilə bilet alıblar, martın 5-də Almaniyada olmalı imiş. Biletdə də uçuşun və enişin vaxtı elə qeyd olunub. Amma adamdan heç bir xəbər yoxdur. Onun İranda saxlanıldığı bildirilir.Fərid Səfərlinin anası Dilarə Əskərova açıqlamasında bildirib:"27 yaşlı oğlum Fərid Səfərli Almaniyada Jena Universitetinin tələbəsidir. 20 fevralda Almaniyadan İrana bir zamanlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görməyə gedib. 5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur. İranda saxlanıldığı deyilir”.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ barədə artıq araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib