İranda 300 nəfər həlak olub, 14 min nəfər həbs edilib - APA TV
İranda 300 nəfər həlak olub, 14 min nəfər həbs edilib - APA TV İranda baş verən etirazlar zamanı 40-ı uşaq olmaqla 300 nəfər həlak olub. Bu, qəbuledilməzdir. Bu barədə BMT-nin İnsan haqları üzrə Ali komissarı Volker Turk təşkilatın İnsan Haqları Şurasının İranda insan haqlarının vəziyyətinə dair keçirilən xüsusi sessiyasında bildirib. O, etirazlar kontekstində bu vaxtadək aralarında uşaqlar da olmaqla təxminən 14 min nəfərin həbs olunduğunu əlavə edib. Volker Turk insan haqları pozuntuları ilə bağlı cəzasızlığın davam etməsinin İranda əsas problemlərdən biri olduğunu, bunun narazılığı və etimadsızlığı artırdığını vurğulayıb: “Ona görə də mən insan haqları pozuntuları, beynəlxalq standartlarla uyğunluqla bağlı ittihamların araşdırılması üçün müstəqil, tərəfsiz və şəffaf təhqiqat prosesinə çağırıram”, - deyə o bildirib. BMT komissarı İran rəsmilərini dinc etiraz aksiyaları zamanı həbs edilənləri azad etməyə və ölüm hökmünə moratorium tətbiq etməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib