İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələdi
May ayının 16-da İran İslam Respublikasının sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan Respublikasının vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən İran sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub.
DSX-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mayın 18-də mərhumun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib.
Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib.
OXŞAR XƏBƏRLƏR
18:19
1572
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
1877
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1144
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1245
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1709
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
1317