İplə boğularaq öldürülən şəxsin atası da 5 il öncə qətlə yetirilibmiş
Aprelin 22-nə keçən gecə Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun əmisi oğlu tərəfindən iplə boğularaq qətlə yetirilməsinin təfərrüatı üzə çıxıb.
“Qafqazinfo” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb ki, hadisə qısqanclıq zəminində baş verib. İlkin araşdırmalar zamanı məlum olub ki, qəsəbə sakini, 1994-cü il təvəllüdlü Tural Hacıyev gecə saat 03 radələrində öz həyətlərində Quşçu kəndində yaşayan əmisi oğlunu görüb. O, qısqanclıq zəminində əmisi oğluna hücum edərək onu boğmağa başlayıb və hadisə yerində öldürüb.
O da məlum olub ki, 5 il əvvəl Ramin Hacıyevin atası Zaur Hacıyev də Şamaxıda qətlə yetirilib. Belə ki, 2018-ci ilin 18 yanvar tarixində “Acıdərə” adlanan ərazidəki fermada çobanlıq edən Zaur Hacıyev qonşu fermada yaşayan Natiq Bünyadov tərəfindən odlu silahla öldürülüb. Həmin hadisənin də qısqanclıq zəminində törədildiyi bildirilirdi.
Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər