İnternetdə vətəndaşları aldadanlar kimlərdir? - DEPUTAT NARAZILIQ ETDİ
“Bu gün görülən işlər arasında insan alveri qurbanları üçün həyata keçirilən tədbirlər nəzərəçarpacaq dərəcədədir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib.
Deputat bildirib ki, bəzi ölkələrdə insan alverinə qarşı nəinki mübarizə aparılmır, həm də bu, dövlət orqanları tərəfindən dəstəklənir: “Necə ola bilər ki, Azərbaycan ABŞ-ın İnsan alveri ilə bağlı hesabatında həmin ölkələrlə eyni sırada verilir?! ABŞ-ın media azadlığı ilə bağlı hesabatında da Azərbaycana qarşı bu cür mövqedən çıxış edilmişdi”.
Azay Quliyev bildirib ki, insan alveri cinayətləri bəzən internet üzərindən həyata keçirilir: “Vətəndaşlar çox zaman internetdən bu kimi elanlara aldanırlar. Eyni zamanda şirnikləndirici iş elanları da araşdırılmalıdır”.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir