İnsanlar niyə aqressivləşib? – "20 manata yağ olar?" – APA TV
Bəli, bu gün cəmiyyətimizdə kifayət qədər aqressiv insanlar var. Biz onlarla hər yerdə rastlaşırıq. Avtobusda, metroda, işdə insanların aqressivləşdiyini müşahidə edirik. Münasibətlərdəki əvvəlki harmoniya itmiş kimi görünür. Sanki insanların sözləri bir-birinin boğazından keçmir. Adi bir sözdən gərginlik yaranır. Hətta vəziyyət o yerə çatıb ki, yolda gülümsəyən insan görəndə bizə anormal gəlir. Bəs insanlardakı bu qədər gərginliyin, aqressiyanın səbəbi nədir?
Sosioloq qeyd etdi ki, insan həyatının texnologiya sayəsində dəyişməsi də aqressiyaya səbəb olur. Bəs yaxşı, bunun həlli yolu varmı? Mərhum Abraham Maslounun “Ehtiyaclar piramidası” nəzəriyyəsinə baxsaq, bunların arasında birinci yerdə fizioloji tələbat durur. Hansı ki, pandemiya dövründə həm işsizlik, həm də qapanmayla əlaqədar insanlarda “qıtlıq və aclıq” psixologiyası çox aktivləşmişdi. Gərginliyi yaradan digər səbəblər – sevgi, güvən, sosial problemlər və bu problemlərin qarşısında acizlik hissidir.
Lakin hər bir halda, səbəbi nə olursa olsun, uğursuzluğun aqressiyasını başqa birinin üzərinə yönləndirmək doğru deyil.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"