İmişlidə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən sürücü saxlanılıb
İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən içkili vəziyyətdə avtoxuliqanlıq edən sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini Emil Mehbalıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.
Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman onun sürücülük hüququ olmadan və içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi məlum olub. Bundan əlavə, Emil Mehbalıyevin müxtəlif vaxtlarda idarə etdiyi nəqliyyat vasitəsi ilə analoji qayda pozuntularına yol verdiyi və həmin qayda pozuntularının görüntülərini sosial şəbəkələrdə paylaşdığı da müəyyən edilib.
İmişli RPŞ-nin DYPB-də sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Emil Mehbalıyev 15 sutka inzibati qaydada həbs edilib.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər