İmam olmaq istəyənlər, diqqət - Müsahibə başladı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 13 fevral 2023-cü il tarixindən etibarən İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün növbəti müsahibə prosesinə start verilib. 15 fevral tarixinədək qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə namizədlərin müsahibəsi keçirilib. Ümumiyyətlə isə bu gündən məscidlərdə imam vəzifələri üzrə müsahibə keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, bu il 44 vakansiya çıxarılıb ki, onlardan da 7-si qadınlar üçündür.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilahiyyatçılardan təşkil etdiyi komissiya tərəfindən aparılan müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil edilir. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilib. Müsahibənin nəticələri isə keçirildiyi gün ərzində Komitənin rəsmi internet saytında yerləşdirilir. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha rəsmi təyinat alır.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib