İlkin Süleymanovun məhkəməsində Nərminin gündəliyi oxunub
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə istintaqı davam edir.
APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda iş üzrə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Hakim sənədlərin elanı zamanı Nərmin Quliyevanın əmisi Arif Quliyevin həyat yoldaşı Nailə Quliyevanın istintaqda dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olduğunu bildirib.
Nailə Quliyeva istintaq zamanı verdiyi ifadəsində itkin düşməzdən əvvəl Nərmini görmədiyini desə də, məhkəmədə dindirilən vaxt sonuncu gün Nərminin üzərində olan paltarları bir-bir sadalayıb.
Daha sonra məhkəmədə Nərmin Quliyevanın gündəliyi oxunub. Nərminin gündəliyində atasının böyük bacısını ondan çox istəməsi, ona daha çox diqqət göstərməsi qeyd olunub.
Növbəti proses iyunun 16-na təyin olunub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi