İki rəis işdən ÇIXARILDI
"Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri tutduqları vəzifələrdən azad ediliblər. APA TV xəbər verir ki, bu barədə ASC-nin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, vəzifəli şəxslərin işdən çıxarılmasına onların 2022-2023-cü illər payız-qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra etməməsi səbəb olub. Bundan başqa, səhmdar cəmiyyətdə müxtəlif vəzifələr tutan 4 nəfərə axırıncı xəbərdarlıqla töhmət elan edilib. “Bununla bərabər müvafiq İstilik Sistemləri İstismar Sahələrinin rəhbərlərinə xidmət zonalarına daxil olan təhsil və səhiyyə müəssisələri, həmçinin yaşayış binalarında monitorinqlərin aparılması, aşkar edilmiş çatışmazlıqları rəsmi şəkildə qeyd edilən obyektlərin balans saxlayıcılarına çatdırılması və bu çatışmazlıqların onlar tərəfindən aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib”, - deyə məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Ağdaşda xurma yığımının qızğın çağıdır