İki qonşu evdə yanaraq öldü
Tovuzda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun İbrahim Hacılı kəndində qeydə alınıb. Kənd sakini 68 yaşlı Yaqut Quliyevaya məxsus ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqdakı ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 68 yaşlı Yaqut Quliyeva və onun qonşusu, həm də qohumu Həqiqət Cabbarovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Köməkçi tikili və ev əşyaları ilə birlikdə tamamı ilə yanıb. Yanğından mühafizə bölmələri alovun qarşısını alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə ilə bağlı Tovuz Rayon prokurorluğunda araşdırma başlanıb.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV, Tovuz
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi