İki ölkədə Qarabağla bağlı nəzərdə tutulan tədbirlər ləğv olunub
Bu gün Başlıbel faciəsi ilə bağlı hesabatın təqdimatı olub. “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov təqdimat zamanı bildirib ki, Almaniyada cari ilin oktyabr ayında Başlıbel faciəsinin tanıdılması üçün tədbirin keçirilməsi nəzərdə tutulur. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev isə qeyd edib ki, erməni diasporunun fəalları bu və digər formada Azərbaycana qarşı təbliğat xarakterli kampaniyalar təşkil edirlər. Fərid Şəfiyev onu da vurğulayıb ki, İspaniyada və Latviyada Birinci Qarabağ müharibəsi barədə məlumatlandırma istiqamətində təşkil edilməsi nəzərdə tutulan tədbirlər ləğv olunub. Onun sözlərinə görə, qarşı tərəf ermənilərin hansısa təxribat törədə biləcəyini qeyd edib. Həmin ölkələrin aidiyyəti qurumları tədbir iştirakçılarının təhlükəsizliklərini təmin etməkdən imtina ediblər. ELMİR HƏSƏN VÜSAL BAYRAMOV APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi