İki gəncin öldüyü qəzadan sonra maşından 40 min dollar oğurlanıb
Bakıda avtomobildən 40 min dollar oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40 min ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində Beytulla Babayevin sürdüyü “Range Rover” ilə A.Məhərrəmovun idarə etdiyi “Kia” toqquşub. Nəticədə “Kia”da olan sərnişinlər Zülfüqar Zülfüqarov və Ayxan Süleymanlı vəfat edib.
Nardaran sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov maşındakı şəxslərə köməyə gələrkən qəzaya uğrayan avtomobildə pul olduğunu görüblər. Onlar yol polisinin Kürdəxanıdakı dayanacağınadək evakuatorla aparılan əzilmiş maşını təqib ediblər və dayanacaqda avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə