İki əcnəbi tələbə Tibb Universitetindən qovuldu
Azərbaycan Tibb Universitetinin (ATU) Rektoryanı Şurasının növbəti iclası keçirilib.
Bu barədə “Qafqazinfo” məlumat yayıb. Bildirilir ki, toplantıda universitetin bəzi əcnəbi tələbələrinin davranışı ilə bağlı qərarlar qəbul edilib, onların ikisinin ali məktəbdən xaric olunmasına dair qərar verilib.
Qeyd edilib ki, ATU-nun 6 əcnəbi tələbəsi universitetdən kənar məkanda digər tələbələrə fiziki zorakılıq və şiddət tətbiq etməklə yanaşı, onları qorxudublar. Zorakılıq aktını video lentə alan tələbələr bu çəkilişi sosial şəbəkələrdə paylaşacaqları ilə digərlərini hədələyiblər. Faktla bağlı Nəsimi rayon polis bölməsində aparılan araşdırma zamanı iki əcnəbi tələbənin - Al Khawaldeh Mohammad Khev Ahmad və Abdullah Mohammaed Sahrinin tələbələrə güc tətbiq edərək, fiziki şiddət göstərdiyi təsdiqlənib.
ATU-nun Rektoryanı şurasının üzvlərinin qərarına əsasən, adı çəkilən 2 tələbə universitetdən xaric edilib, hadisədə iştirak digər 4 tələbə - Mohamad Eihab Ahmed Aldakach, Al Jivondi MHD Nabil Khalid, Al Ali Aussesami, Hafez Mohammed Ali isə şəxsi işinə qeyd etməklə onlara şiddətli töhmət verilib.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib