İki bacı 1 milyonluq dələduzluq etdi: MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
APA TV xəbər verir ki, prosesə sədrlik edən hakim Rasim Sadıxov jurnalistləri məhkəmə zalına buraxmayıb.
Əldə etdiyimiz məlumata görə, iclasda ittiham aktı elan olunub.
İttihamda göstərilib ki, Aytac Əliyeva və bacısı Turkut İlknur tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib.
İttiham olunan bacılar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim ediblər. Belə ki, təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə vədlər ediblər.
Aytac Əliyeva və Turkut İlknur ümumilikdə 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli biliniblər.
Təqsirləndirilən şəxslər məhkəmədə özlərini verilmiş ittihamlarla təqsirli bilmədiklərini deyiblər. Bu zaman prosesdə zərərçəkmiş şəxslərdən biri ilə təqsirləndirilən şəxslər arasında dava olub, hakim zərərçəkmişi zaldan çıxarıb.
Proses iyulun 5-də davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi