İki aylıq qız uşağı küçəyə atılıb? – RƏSMİ AÇIQLAMA
Gəncədə 2 aylıq uşaq anası tərəfindən xəstəxanaya verilib. Hələlik adı məlum olmayan qadın 2 aylıq qız uşağını 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına verib.
APA TV-nin əməkdaşları uşağın olduğu xəstəxanda olublar. Tibb ocaqının həkimi Hafiz Abdulayev bildirib ki, qız uşağı olan körpə anası tərəfindən xəstəxanaya gətirillib. Körpə xəstəxanda müayinə olunub və hazırda vəziyyəti normaldır. O, suni qida alır, hər hansı bir xəstəliyi yoxdur. Körpənin çəkisi 4 kq-dan artıqdır.
Əldə etdiyimiz məlumata görə, anası uşağı gətirən zaman bildirib ki, həyat yoldaşı ona baxmır. Bu səbəbdəndə körpəyə bamağa gücü çatmır. Bəzi xəbər saytlarında körpənin küçəyə atıldığı xəbəri yayılmışdı. Artıq hadisə ilə bağlı polis tərəfindən araşdırmalara başlanılıb. DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov APA TV -ya bildirib ki, uşaq küçə atılmayıb. DİN rəsmisi onu da qeyd edib ki, yayılan məlumat yalandır.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib