II Qarabağ Müharibəsinin qazisi intihar edib
II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev intihar edib.
APA TV-nin məlumatına görə, o müalicə aldığı hərbi hospitalda özünü asıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.
Bildirilib ki, Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var.
OXŞAR XƏBƏRLƏR
17:58
398
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
411
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
417
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2183
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2125
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
3249