İƏT MDİHK nümayəndə heyəti faktaraşdırıcı missiya həyata keçirir
İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) idarə etdiyi nümayəndə heyəti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib. Nümayəndə heyətinin üzvləri müharibə dövründə beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələrinin atəşə tutulması faktları ilə yerində tanış olublar. Nümayəndə heyətinin üzvləri Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumları nəticəsində zərərçəkmiş sakinlərlə görüşüblər. Qonaqlara İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə etməklə, mülki əhaliyə qarşı törədilmiş, çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnən müharibə cinayətləri barədə məlumat verilib. Daha sonra qonaqlar Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərər dəymiş “İmamzadə Ziyarətgah” Kompleksində yerində monitorinq aparıblar. Xatırladaq ki, Faktaraşdırıcı missiya həyata keçirəcək nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir. Qeyd edək ki, qonaqlar ötən gün işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarında olublar. Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV

OXŞAR XƏBƏRLƏR
20:35
641
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
667
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
649
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
19:26
1223
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
1170
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1543