İctimai nəqliyyat vasitələrində ilkin tibbi yardım çantaları niyə yoxdur?
İctimai nəqliyyatdan hər gün yüz minlərlə insan istifadə edir. Bəzən sərnişinlər arasında sağlamlığında problem yaranan, halı pisləşənlər olur. Bu zaman dərhal ilkin tibbi yardımın göstərilməsinə ehtiyac yaranır. Bəs ilkin tibbi yardımı göstərmək üçün avtobuslarda "apteçka" kimi tanınan ilkin tibbi yardım çantaları varmı? Bu sualla sürücülərə müraciət etdik. Aldığımız cavablardan belə məlum oldu ki, bəzi avtobuslarda ilkin tibbi yardım çantaları olsa da, əksəriyyətində yoxdur. Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, ictimai nəqliyyat vasitələrində ilkin tibbi yardım çantalarının olması vacibdir. Çünki sərnişinlərin və ya sürücünün özünün tibbi yardıma ehtiyacı yarana bilər. DYP inspektoru Pərvanə Muradova da bildirir ki, bütün nəqliyyat vasitələri kimi, ictimai nəqliyyat vasitələrində də ilkin tibbi yardım çantaları olmalıdır. Əks halda sürücülər inzibati məsuliyyətə cəlb oluna bilərlər. Yaxşı olardı ki, sürücülər təkcə inzibati məsuliyyəti deyil, əsasən insan faktorunu nəzərə alaraq, avtomobillərini ilkin tibbi yardım çantaları ilə təchiz etsinlər.
ORXAN ASLAN ARİF ƏLİYEV APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi