İcra başçısı bazarı cəmi 40 manata satdı, 218 min rüşvət aldı
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə şahid ifadələrinin dinlənilməsinə başlanılıb.
Prosesdə "Ağstafa Su Tikinti" ASC, Şəmkir Bina, Körpü, Yol və Su Tikintisi quraşdırma İdarəsinin müdiri, “Şəmkir bazarı” MMC-nin sədri Vaqif Məmmədov ifadə verib.
İttihama görə, Vaqif Məmmədov Şəmkir şəhərində abadlıq işlərinin görülməsi, xidmət üzrə ümumi himayədarlıq üçün Alimpaşa Məmmədova 218 min 116 manat rüşvət verib.
Alimpaşa Məmmədov həmin məbləği köməkçisi Mahir Əliyevin vasitəsilə öz xidməti otağında alıb.
Şahidin məhkəmədəki ifadəsindən o da məlum olub ki, “Şəmkir Səbəti” bazarının paylarının bir hissəsi oğlu Orxan Məmmədliyə məxsusdur. Digər hissələr isə Alimpaşa Məmmədovun oğlu Adil Məmmədov və köməkçisi Mahir Əliyev arasında bölüşdürülüb.
İttihamda Alimpaşa Məmmədovun həmin bazarı sözügedən şəxslərə cəmi 40 manata satdığı qeyd olunub.
Vaqif Məmmədov ifadəsində bazarın tikinti işlərinin 90 faizini onun şirkətinin apardığını deyib.
Proses dekabrın 22-də davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib