İçində 5 min manat olan ödəmə terminalı oğurlandı - ANBAAN
Sabunçu rayonu Balaxanı qəsəbəsində quraşdırılan içərisində 5405 manat olan “Milli Ön” ödəniş terminalı oğurlanıb.
DİN-in mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar. Bu şəxslər aparatı oğurlayandan sonra Balaxanı qəsəbəsi ərazisində sındıraraq kassadakı pulları əldə ediblər.
Araşdırma zamanı müəyyən edilib ki, ödəniş terminalı həmin ərazidən Saleh Nağızadəyə məxsus avtomobillə aparılıb. Saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, Hadisədə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi