İtkin düşən hərbçimizin nəşi neytral ərazidən götürüldü
Silahlı Qüvvələrimizin bir müddət əvvəl itkin düşmüş əsgəri Akif Elşən oğlu Abbasovun meyiti neytral ərazidən götürülüb.
APA TV xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.
Qeyd edək ki, bir müddət əvvəl Ordumuzun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb.
İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.
OXŞAR XƏBƏRLƏR
19:48
172
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
172
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
162
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
281
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
279
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
285