İtaliyalı deputatlar Ağdam şəhərinə səfər ediblər
Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti işğaldan azad edilən Ağdam şəhərinə səfər ediblər.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, italiyalı deputatlar işğaldan azad edilmiş şəhərdəki vəziyyətlə yerində tanış olublar.
Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət edirlər.
“Bura tərk edilmiş torpaqlardır, bundan sonra bura həyat qayıdacaq. Ağdamda zorakılığın şahidi olduq, bütün evlər, bütün infrastruktur dağıdılıb, təbiət bundan ziyan görüb. Azərbaycan xalqının böyük səyi nəticəsində bu torpaqlara həyat qayıdacaq, dağıdılmış, yerlə yeksan olmuş evlər yenidən bərpa olacaq. İnanıram ki, biz 5 ildən sonra bura gələndə fərqli mənzərə ilə qarşılaşacağıq”.
Qeyd edək ki, italiyalı deputatlar dünən oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı ərazidə olub, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”