İstixanada narkotik yetişdirən şəxs tutuldu - ABŞERONDA
Abşeron rayonunda narkotik yetişdirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə Niyazi Məhərrəmovun yaşadığı evin həyətində, istixanada narkotik tərkibli çətənə kollarını əkdiyi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən əməliyyat nəticəsində Niyazi Məhərrəmov çətənə kollarına qulluq edən zaman saxlanılıb.
İstixanadan 14 kiloqram narkotik tərkibli çətənə bitkisi və həyətdə yerləşən yarımtikilidən 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
18:20
724
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1315
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1324
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1451
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1581
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1539