İstixanada narkotik əkən Maştağa sakini yaxalandı
Maştağa qəsəbəsində istixanada narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Maştağa qəsəbə sakini Əliyusif Bağırzadə saxlanılıb.
Ona məxsus bağ evinin həyətindəki 2 istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən, yaş halda çəkisi 45 kiloqram 535 qram olan 303 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Əliyusif Bağırzadə ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Saxlanılan şəxsin məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.
Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi