İstilər qayıdır - HAVA XƏBƏRDARLIĞI
Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 19-da hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 19-da Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."