İstanbulda “Azərbaycana dəstək, şəhidlərimizi anma və Ermənistanı qınama” aksiyası keçirilib
Bu gün İstanbulda Bakırköy Azadlıq meydanında “Azərbaycana dəstək, şəhidlərimizi anma və Ermənistanı qınama” adlı aksiya keçirilib.
APA TV-nin Türkiyə bürosunun məlumatına görə, Xəzər Faktor Təhsil və Araşdırma Mərkəzinin (HazarFEM) təşkilatçılığı, Türkiyədə fəaliyyət göstərən 15-dən çox qeyri hökumət təşkilatının iştirakı ilə keçirilən aksiyada iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücumları qınanıb.
Əllərində Azərbaycan və Türkiyə bayrağı olan aksiya iştirakçıları “Xocalıya ədalət”, “Qarabağa azadlıq”, “Qarabağ Azərbaycanındır”, “Qarabağ Türkdür” şüarları səsləndirib.
Aksiyada səsləndirilən bəyanatda insanlıq və müharibə əleyhinə cinayətlər törədən Ermənistanının işğalçılıq siyasəti qınanılaraq, Türkiyə və Azərbaycan hökumətləri 30 ildir işğal altındakı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və qaçqın həyatı yaşayan azərbaycanlıların torpaqlarına qaytarılması üçün sülh siyasəti irəli sürdüyü bildirilib.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi