İşsiz şəxslərə işsizlikdən sığorta ödənişi müddəti uzadılıb
Nazirlər Kabineti “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” qərar verib.
APA TV-nin xəbərinə görə, qərara əsasən, 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
OXŞAR XƏBƏRLƏR
16:28
656
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
776
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2781
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2325
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2315
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1499