İsmayıllıda ziyarətgaha gedənlər cərimələndi
İsmayıllıda karantin qaydalarını pozaraq ziyarətgaha gedən şəxslər cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.
20 nəfər karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə dəvət olunub. Orada olan 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.
OXŞAR XƏBƏRLƏR
11:43
451
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
453
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
469
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1272
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1859
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1873