İsmayıllıda yük maşını dərəyə aşdı: sürücünün oğlu öldü
İsmayıllıda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində, İsmayılllı rayonu ərazisində qeyd alınıb. 99 CZ 905 dövlət nömrə nişanlı “HOVA” markalı yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb. Hadisə zamanı yük avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Fazil Hüseyn oğlu Hüseynov xəsarət alıb, onun sərnişini olan 17 yaşlı oğlu Süleyman Hüseynov isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun meyiti FHN-nin xilasediciləri tərəfindən yük avtomobilinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil veriilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."