İsmayıllıda yol polisi sürücülərə spirt, maska və əlcək paylayıb
İsmayıllı polisi yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə maraqlı aksiya təşkil edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılaraq, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək verilib. Həmçinin gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb.
Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə, çölə çıxmamalarını tövsiyə ediblər. Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Şahnəzər Bəşirov
OXŞAR XƏBƏRLƏR
17:21
242
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
243
Növbəti köç karvanları yola salınıb
13:38
377
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
861
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
994
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2904