İsmayıllıda yas mərasimində evin döşəməsi uçdu: 6 yaralı

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib, yaralılar var. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Balik kəndində qeydə alınıb. Sara Babayevaya məxsus olan ikimərtəbəli yaşayış evinin döşəməsi yas mərasimi zamanı insanların ağırlığına dözməyərək qəflətən çöküb. Məlumata görə, ev sahibəsinin həyat yoldaşı gecə saatlarında rəhmətə gedib. Mərasimə gələn kənd sakinləri eyvanda cənazəni ortadan qaldırarkən evin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Hadisə nəticəsində Balik kənd sakinləri Kamalova Müşkünaz Bəşir qızı, Mirzəməmmədova Sevda Ziyad qızı, Umudova Elnarə Tofiq qızı, Daşdəmirova Vüsalə Şükür qızı, Mirzəyeva Cəmilə Sədulla qızı və Quliyeva Ofeliya Nadir qızı təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti orta-ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR