İsmayıllıda koronavirus xəstəsi və karantin qaydalarını pozan ustalar cərimələndi
İsmayıllıda koronavirus infeksiyasına yoluxan rayon sakini yaşadığı evi tərk edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini Mayıl Qüddəsərovun COVID-19 testinin nəticəsi pozitiv olması səbəbilə ona ev şəraitində müalicə təyin edilib, karantin qaydalarını pozarsa məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılıb.
Lakin buna baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.
Polis əməkdaşları tərəfindən Mayıl Qüddəsərovun yeri müəyyən edilərək əraziyə dərhal həkim briqadası dəvət olunub və o, evinə geri qaytarılıb.
Onun barəsində cinayət işi başlanılıb.
Bundan əlavə, iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin məntəqələrin fəaliyyəti dərhal dayandırılıb, ustalar-Hikmət Salehov və Fəzail Hüseynov barəsində cərimə protokolları tərtib olunub.
Şahnəzər Bəşirov
APA TV
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”